Dünya futbolu

Avropada derbi həftəsi

Bu tur Avropanın yaşıl meydanlarında bir-birindən maraqlı derbi qarşılaşmaları oynanacaq

İdmanxeber.az-ın məlumatına görə, bu həftəsonu İspaniya La Liqasında “El Klasiko” həyəcanı yaşanacaq. La Liqanın XXVI turunda əzəli rəqiblər olan “Real Madrid”lə “Barselona” üz-üzə gələcək. Bütün dünyanın marağında olan bu oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Digər maraqlı qarşılaşmalar isə İtaliya və İngiltərədə oynanacaq.

A Seriyasının XXVI turunda “Latsio” doğma meydanda əzəli rəqibi “Roma”nı qəbul edəcək. Görüş saat 23:30-da keçiriləcək.

Premyer Liqanın XXIX turunda isə “Şimali London” derbisi həyəcanı yaşanacaq. Barışmaz rəqiblər olan “Tottenhem”lə “Arsenal” əfsanəvi stadion olan “Uembli”də meydana çıxacaqlar. Qarşılaşma saat 16:30-da başlayacaq.

Qeyd edək ki, hər üç qarşılaşma da martın 3-də oynanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43