Kateqoriyasız

“Avropada qalmaq üçün son şansımızdı” – Samir Abasov

Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa, israil) matçından öncə təşkil edilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə sabahkı oyun barədə fikirlərini bildirdi…

– Oyunun çətinliyi, gərginliyindən danışmaq artıqdı. Avropada qalmaq üçün son şansımızdı. Əlimizdən gələni etməli, bütün bacarığımızı ortaya qoymalıyıq. Yaxşı nəticə barədə düşünürük. Həddən artıq çətin rəqibdi. “Hayfa”nın oyununa hörmətlə yanaşırıq. Bu vaxta kimi oynadığımız komandalar arasında müqayisə aparsaq, “Makkabi” daha təhlükəli, daha çətin rəqibdi. Bir neçə oyununa baxmışıq. Təhlükəli oyunçuları çoxdu. Onlara qarşı mübarizə aparmaq çətin olacaq. Ancaq əsas odu ki, buna hazırıq. Əlimizdən gələni etməyə çalışacağıq.

– Komandada futbolçularla bağlı son durum necədi?
– Narahat olduğumuz məqamlar var. Bəzi futbolçuların səhhətində peoblem oldu. Buna görə plandan çıxmalı olduq. Söhbət Sabir Buqrin və Sezar Meza Kollidən gedir. Bəzi oyunçular məşq etməliydilər, amma onlara istirahət verməli olduq. Sabah nə qədər hazır olacaqlarına görə qərar verəcəyik. Çox güman ki, meydanda olacaqlar. Xəstəlikdən sonra bütün gücləri ilə oynaya bilib-bilməyəcəklərini görəcəyik. Digər oyunçularla bağlı problemimiz yoxdu.

– Huqo Bastonun oynamaq imkanı varmı?
– Xeyr. Koronavirusdan yeni sağalıb. Hələ yenicə komanda ilə məşq edr. Sıx qrafikdə oynayırıq. Buna görə fiziki məşqlərimiz olmur. Buna görə Huqonun formasını bərpa etməsi də çətindi. Sabah ola bilər ki, yanımızda olsun, amma çox güman ki, oynamayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43