07 Yanvar 2025
Kateqoriyasız

Avropalılar “Neftçi”ni “Xəzər Lənkəran”dan şanslı sayır

Həftəsonu Premyer Liqanın V turu çərçivəsində mövsümün ilk “Böyük oyun”u keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, artıq bir neçə bukmeker kontoru “Neftçi” və “Xəzər Lənkəran” arasında baş tutacaq prinsipial matça əmsalları açıqlayıb.

Açıqlanan əmsallara əsasən “Neftçi” “Xəzər Lənkəran”la oyunda favoritdi. Belə ki, paytaxt klubunun qələbəsinə 1.80 əmsal verilib. Matçın heç-heçəsinə 3.65, “Xəzər Lənkəran”ın qələbəsinə isə 4.25 əmsal verilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43