“Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Jud Bellingem Avropanın ən yaxşı gənc futbolçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı futbolçu 2023-cü ilin yayında Dortmund “Borussiya”sından Madrid klubuna keçib. Transfer məbləği təxminən 133,9 milyon avro olaraq qiymətləndirilir.
İngilis futbolçu Madrid klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. 2023/24 mövsümündə Bellingem bütün yarışlarda 14 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

