Kateqoriyasız

Avstriya – Azərbaycan oyunu Linz şəhərindəki yeni stadionda

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanın rəqibi olan Avstriya yığması millimizi və Estoniyanı hansı stadionda qəbul edəcəyi dəqiqləşib.

İdmanxeber.az xəbər verir ki, hər iki oyun Linz şəhərində gələn il fevralın 24-də istifadəyə veriləcək “Raiffeisen Arena” stadionunda oynanılacaq. Bu stadion 17 min nəfərdən bir qədər çox tamaşaçı tutumuna malikdir.

Avstriya – Azərbaycan qarşılaşması 2023-cü il martın 24-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43