Dünya futbolu

Avstriya – Türkiyə oyunu portuqaliyalı hakimə həvalə olundu

Avro-2024-ün 1/8 final mərhələsində keçiriləcək görüşlərə hakim təyinatı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Avstriya – Türkiyə matçının da referiləri bəlli olub.

Oyunu portuqaliyalı baş hakim Artur Soares Diaş idarə edəcək. Təcrübəli referi turnir başlayandan Polşa – Niderland və Danimarka – İngiltərə oyunlarını təyin edilib.

Avstriya – Türkiyə matçı iyunun 2-də, Bakı vaxtilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43