25 Noyabr 2024
Dünya futbolu

Avstriya – Türkiyə oyununa hansı kanallarda baxaq?

Avro-2024-də 1/8 final matçları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu gün qardaş Türkiyə millisi Avstriya ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı ölkəmizdə İctimai TV canlı yayımlayacaq.

Bundan başqa, Türkiyənin TRT 1, Rusiyanın Match TV kanalları da bu görüşü birbaşa nümayiş etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43