04 Dekabr 2024
Ölkə futbolu

Ayağı sınan futbolçu Gəncəyə aparıldı

Azərbaycan kubokunun 1/8 final mərhələsinin bu gün keçirilən “Turan Tovuz” – “Sabah” oyunu zamanı birincilərin futbolçusu Denis Marandiçi ağır zədə alıb.

İdmanxeber.az-ın məlumatına görə, Bakı klubunun futbolçusunun Safranko ilə mübarizədə ayağı sınıb. Topuq nahiyəsindən ağır zədələnən oyunçu Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Futbolçunun dərhal əməliyyat olunacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43