Milli komanda

“Ayaz Quliyevin özü ilə danışmalıyam” – Canni De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Rusiyanın “Ximki” klubunda çıxış edən Ayaz Quliyevin yığmaya çağırılması ehtimalını dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, “CBC Sport”a danışan italiyalı mütəxəssis bu barədə yekun qərarını vermədiyini açıqlayıb:

“Milliyə uyğun olduğunu müəyyənləşdirmək üçün Ayazın özü ilə danışmalıyam. Yığmada oynamaq istəməsi sevindirici haldır. Bizə milliyə rəğbət göstərən futbolçular lazımdır. Onlar yığmanın adına yarışan oyunçular olmalıdır”.

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43