Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsinə 1-ci liqa və 2-ci liqada da start verilir.
İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, ilk qaliblər sentyabr ayında vurulan qollar əsasında seçiləcək. PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.
I Liqada “Ayın qolu”nun müəllifi 500 AZN qazanacaq. II Liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 AZN mükafat əldə edəcək.