Müsahibə

“Ayntraxt”ın baş məşqçisi: “Bu səhvlər təkrarlanmayacaq” – MÜSAHİBƏ

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi “Ayntraxt”ın baş məşqçisi Armin Veh bu gün Almaniya Bundesliqasının “Bavariya” ilə ev matçından öncə alman jurnalistlərinə müashibə verib.  
 
 
– “Bavariya” ilə sabahkı oyun öncəsi özünüzü necə hiss edirsiniz?
 
– Açığını bilmək istəyirsinizə, mən başqa rəqiblə oynamağı istərdim. Bu oyunda biz audsayderik. Amma futbolun gözəllikləri də var. Odur ki, nəyin necə olacağını yaşayarıq, görərik.
 
– Ancaq “Bavariya” aşkar favoritdir və bunu hamı deyir...
 
– Əgər “Bavariya”nın  iki futbolçusunun qiyməti mənim bütün komandamdan bahadırsa, əlbəttə  favorit olmalıdır.
 
–  Sebastian Yanq oynaya biləcək?
 
– Böyük ehtimalla hazır olmadığı üçün oynaya bilməyəcək.
 
– “Herta” məğlubiyyətini unutmusunuz?
 
– Əlbəttə, bu, bizimüçün yaxşı dərs oldu. “Bavariya” ilə oyunda Berlində yaşananlar təkrarlanmayacaq. Bu oyunda çox istəkli və aqressiv futbol ortaya qoyacağıq.
 
Sambrano və Andersonun durumu necədir?
 
– Hər ikisi oynayacaq durumdadır.
 
– Sonda. Münxen klubu ilə oyundan nə gözləyirsiniz?
 
– Bütün imkanlarımızadn istifadə edəcəyik. Məncə, uğurlu nəticə üçün az da olsa şansımız var. Nəzərəalaq ki, evdə, böyük anşlaq qarşısında oynayacayıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43