Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Ayntraxt”ın futbolçusu Pirmin Şveqler bu oyuna nikbin baxır.
26 yaşlı müdafiəçi avqustun 22-si və 29-da keçiriləcək oyunların sonunda qalib olacaqlarına inanır: “Bundesliqada uğursuz mövsümün aldadıcı olduğunu göstərmək fikrindəyik. Biz Avropa Liqasında qarşıdakı oyunlarda yaxşı nəticə əldə etmək istəyirik. Məqsədimiz “Qarabağ”ı keçib, qrupa vəsiqə qazanmaqdı. Burada yer almaq bizim üçün faydalı olacaq”.