Millimizin sabiq baş məşqçisi Berti Foqtsla bir yerdə çalışmış “Ayntraxt”ın məşqçisi Volfqand Rolf, Emil Balayev haqqında açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, Rolf verdiyi müsahibəsində “Ayntraxt” klubunda baxışda olan “Neftçi”li qolkiper üçün bunları söyləyib:
“Emil Balayev haqqında hələ nəsə demək tezdir. O əvəzedici komanda ilə matça çıxacaq. Bundan sonra onunla bağlı qərar verəcəyik. O, hələki özünü yaxşı tərəfdən göstərməyi bacarıb.”