Topaz Premyer Liqasının XVII turuna start verilib
İdmanxeber.az-ın məlumatına görə, “Sumqayıt” səfərdə “Keşlə”nin qonağı olub. Oyunun ardından qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfrasnı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:
“Bu oyunda qələbəni çox istəyirdik. Uşaqlar da yaxşı hazırlamışdılar. Bilirdik ki, məğlubiyyət bizi pis vəziyyətə salacaq. Rəhbərliklə görüşümüz olacaq.” Keşlə”nin təbrik edirəm.
-Rəhbərliklə nəyi müzakirə edəcəksiz?
-Ümumilikdə danışığımız olacaq.
-Komandaya legioner transferini istəyirsiz?
-Təkcə transfer məsələsi deyil. Çox məsələ var. Azarkeşlərə cavab vermək çətindir. Nəticə istəyirlər. Məsələlər çoxdur.
-Penalti epizodu haqqında nə deyə bilərsiz?
-Epizodun təkrarını izləməliyəm. Daha sonra dəqiq nəsə demək olar.