Topaz Premyer liqasının XVI turuna yekun vuruldu
İdmanxeber.az-ın məlumatına görə, bu gün “Sumqayıt” səfərdə “Neftçi”nin qonağı olub. Oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqisi Ayxan Abbasov görüş barəsində fikirlərini bildirib:
“İlin son çempionat oyununuda xal qazanmaq istəyirdik. Bu gün komandam çox əzmkarlıq göstərdi. Son oyunlardan razıyam. Qazandığımız bir xal bizim üçün uğurdur. Hər şeyə rəğmən çatışmamazlıqlar var. “Neftçi”ni yaxşı analiz etmişdik. Futbolçularım tapşırıqları yerinə yetirə bildilər”
-Son dəqiqədə meydanda neçə müdafiəçi var idi ?
-Son dəqiqədə sistemi dəyişdim. Ümumən 4-lü müdafiə oynayırdıq. Ancaq cinahlar da kömək etdilər. Və 6 müdafiəçi ilə oynadıq. Sonda qol buraxmaq istəmədik. Futbolçuların əziyyəti heyf olacaqdı.