19 Oktyabr 2024
Ölkə futbolu

Ayxan Abbasov: “Hakimlər Komitəsinin sədri bugünkü epizoda şərh bildirsin”

“Çətin oyun olacağını bilirdik. Böyük itkilərimiz var idi. Buna baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı. Belə oyunlarda qol epiozdları az olur. Əlimizə düşən 2-3 fürsətdən yararlana bilmədik. Ruhdan düşməməli, yolumuza davam etməliyik. Çox şeylərlə mübarizə aparırıq. Son oyunlarda bizə qarşı olan hakim səhvlərindən əziyyət çəkirik. Çox istərdim ki, Hakimlər Komitəsinin sədri bugünkü epizoda şərh bildirsin. Açıq əl necə olur? Belə penaltilər çox verilib. Eyni epizoddan başqa komandalar penaltilər vurub. Desinlər ki, bu oyunda sizin şansınız yoxdur. Bəlkə də biz qaydaları bilmirik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Araz Naxçıvan” məğlubiyyəti (0:1)

“Heç kimi ittiham etmək istəmirəm. Keçən oyunda bizə lazımsız sarı vərəqələr verildi. Həmin matçda Mert Çelik Belajdi Pusini döyürdü. Amma heç bir vərəqə verilmədi. Qərəz billmirəm. Amma görünən odur ki, 3-4 oyundur bizə qarşı səhvlər olur. Mənim bildiyim odur ki, bugünkü epiozd penaltidir. “Turan Tovu”la matçda qapımıza verilən 11 metrlik cərizə zərbəsi ilə bunu müqayisə edin. Yəqin ki, büdcəyə, iddiaya baxırlar. Uşaqların haqqına girirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43