Ölkə futbolu

Ayxan Abbasov: “Nə edək, oynamayıb çempionatı dayandıraq?”

“Çətin oyun oldu. Xal fərqimiz yaxın idi, qalib gəlsəydik, irəli çıxa bilərdik. Oyun baxımından futbolçularımdan razı qaldım. Sona qədər dinamikanı saxladılar. Gözləmədiyimiz halda müdafiədə səhv etdik, rəqib bundan istifadə etdi. Daha sonra hücumda olduq. Bəlkə də ən yaxşı qol epizodları yaratdığımız oyun idi. Davam etməliyik, bundan sonra olan oyunlar da çətin olacaq. Futbolçularda inam var. Daha da artırmalıyıq. Futbolçularıma bildirdim ki, bunun bəhrəsini görəcəyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail” – “Turan Tovuz” (1:1) görüşündən sonra keçirilmiş mətbuat konfrasında bölgə klubunun baş məşqçisi Ayxan Abbasov deyib.

O, daha sonra fikirlərinə belə davam edib:

“Məncə çempionat maraqlı keçir. Biz təhlili düzgün aparmırıq. Bu gün “Qarabağ” başqa səviyyədir. İtaliya çempionatında “İnter” 13-14 xal “Yuventus”dan öndədir. O deməkdir ki, digər komandalar zəifdir? “Qarabağ” Avropa klubları ilə başbaşa oynayan komandadır. Nə edək, oynamayıb çempionatı dayandıraq? O səviyyəyə çatmaq üçün klublar işləməlidir. Bu il elə gətirdi ki, klublar çox xal itirdi. “Neftçi” və “Sabah”ın xallar itirməsi çempionun daha tez bəlli olmasına səbəb oldu. Gözləntilər bu komandalardan yüksək idi. Səviyyə fərqi görsənir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43