“Şamaxı” gənc futbolçusuna mətbuata danışmağı qadağan edib.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Edqar Ədilxanovdan gedir. Son dönəmlərdə çıxışı ilə diqqət çəkən yarımmüdafiəçiyə açıqlama və ya müsahibə vermək olmaz.
Məşqçilər heyəti belə bir qərar verməyi lazım bilib. Buna səbəb Ədilxanovun fikrinin yayınmamasıdır. 19 yaşlı futbolçudan tamamən performansına köklənməsi tələb edilib.
Bu kimi halların gənc oyunçuları mənfi təsir edəcəyini düşünən məşqçilər heyəti Edqarı bir müddət mətbuatdan uzaq saxlayacaq.