Misli Premyer Liqasının 10-cu turunda öz meydanında “Araz Naxçıvan”la qarşılaşacaq “Şamaxı” bu oyuna ciddi itkilərlə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisinin heyətində Brahim Konate 9-cu turda “Səbail”lə matçda qırmızı vərəqə aldığı üçün Naxçıvan təmsilçisi ilə matçda meydanda olmayacaq. Bundan başqa, İlkin Muradov və Belajdi Pusi sarı vərəqə limitini doldurduğuna görə qarşılaşmanı tribunadan izləmək məcburiyyətində qalacaq. Zədəli Vasiliye Bakiçin durumu isə qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, “Şamaxı” – “Araz Naxçıvan” matçı oktyabrın 19-da, saat 15:30-da keçiriləcək.