Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Kəpəz” – “Araz-Naxçıvan” (3:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı:
İdmanxeber.az məlumat verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Rəqibi təbrik edirəm. Böyük ölçüdə dəyişiklik olmayandan həm kubok, həm də çempionatda oynamaq çətindir. 4 gün bundan əvvəl matça çıxmışdıq. Belə olanda uşaqlar oyunlarını itirirlər. Ümumilikdə, oyun barəsində nəsə demək istəmirəm. Standart vəziyyətdən qollar buraxdıqdan sonra nələrsə edə bilmədik. Çox qol epizodlarını boşa verdik.
– Sizcə, bu, çempionatdakı ən zəif oyununuz idi?
– İlk 20 dəqiqədə yox, amma sonrakı müddətdə komanda qol buraxdı, toparlana bilmədik. Yorğunluq öz sözünü dedi.
– Müdafiəçilərin yoxluğu komandaya nə dərəcədə təsir etdi?
– Əsas heyətin futbolçuları olmayanda oyunlara təsir edir. İqor Ribeyro ümud edirəm ki, “Qəbələ” ilə oyuna qədər aramızda olacaq.
– İqor Ribeyro nə vaxt zədəsi tam sağalacaq?
– 1 həftə çəkər.
– Orxan Əliyevin erkən əvəzlənməsinin səbəbi nə idi?
– Orxan və İsmail Azzauinin zədələnməsindən ehtiyat etdik. Ehtiyat oyunçular skamyası geniş deyil. Qarşıda çətin oyunlar var. Ona görə ehtiyat etdik.