Ölkə futbolu

Azərbaycan çempionatlarında 100 oyun keçirən ilk yunanıstanlı

“Zirə”nin müdafiəçisi Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100 oyun keçirən ilk yunanıstanlı futbolçu olub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Premyer Liqanın XXV turunda “Turan Tovuz”la qarşılaşmaya təsadüf edib.

29 yaşlı arxa xətt oyunçusu 1:1 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə meydanda olub. Çantakias çıxış etdiyi 100 oyunda ümumilikdə 6 qol vurub.

Qeyd edək ki, Dmitrios Çantakias 2020/2021 mövsümündən “Zirə”nin formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43