Ölkə futbolu

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli oldu

2024/25 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş və 2024/25 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçlarında üz-üzə gələcəklər.

İdmanxeber.az xəbər verir ki, bununla əlaqədar mayın 25-i (şənbə günü) saat 15:00-da AFFA-nın inzibati binasında (Peşəkar Futbol Liqasında) iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcək, pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə olunacaq.

I  II Liqa

İlk oyun: 28 may

Cavab oyunu: 04 iyun

II Liqa  region liqası

İlk oyun: 29 may 

Cavab oyunu: 05 iyun


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43