Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda qadınlardan ibarət Azərbaycanın A milli komandasına Siyasət Əsgərov, U-19 –a Vüqar Əsgərli, U-17 və U-15-ə Zamir Həsənov baş məşqçi təsdiq olunub.
2019-2020-ci il mövsümündə Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50.000 (əlli min) AZN vəsait ayrılmasına qərar verilib.
Yeni qərara əsasən, komandasının I Divizonda iştirakından imtina edən TPL klubu 100 min AZN məbləğində cərimə olunacaq.
Bundan başqa, Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində Futbol Akademiyası təsis olunmasına qərar verilib. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunacaq.
Qərarlar sırasında VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi də var.