Ölkə futbolu

Azərbaycan derbisini neçə azarkeş izləyib?

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmalarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” dünən “Neftçi Arena”da “Neftçi”nin qonağı olub. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb. Matçı tribunalardan 5750 azarkeş izləyib.

Tərəflər arasındakı cavab oyunu aprelin 24-də, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

2 aprel (çərşənbə axşamı)

20:00 “Neftçi” – “Qarabağ” 0:4

Qollar: Toral Bayramov, 14 (pen), 29, Marko Yankoviç, 37, Nəriman Axundzadə, 86


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43