27 Sentyabr 2022
Kateqoriyasız

Azərbaycan İslamiadada daha bir medalı təmin etdi

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 4-cü medalını təmin edib.

İdmanxeber.az xəbər verir ki, taekvandoçumuz Patimat Abakarova (49 kq) nigeriyalı Farida Saumana qalib gəlməklə yarımfinala yüksəlib. Beləliklə, Patimat ən azı bürünc medalı təmin edib.

Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov bürünc, üçtəkanla tullanmada Aleksis Kopello gümüş medala sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Reynaldonu geridə qoydu

admin

De Byazi: “Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm”

admin

“Lex” Bakıya gəlir – FOTOLAR

admin