26 Dekabr 2024
Ölkə futbolu

Azərbaycan Kubokunda 15 mövsümün rekordu qeydə alındı

Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb.

İdmanxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, 1/8 final mərhələsinin “İrəvan” – “Araz-Naxçıvan” oyununda baş verib.

Belə ki, 10 qolun vurulduğu matçda “Araz-Naxçıvan” rəqibini 8:2 hesabı ilə məğlub edib. Axırıncı belə məhsuldar görüş 2008/2009 mövsümündə olub. 2008-ci il oktyabrın 30-da “Bakı” “Qafqaz Universiteti”nin qapısından 10 cavabsız top keçirib.

Bu həm də ölkə kuboku tarixində 10 və ya daha çox qolun qeydə alındığı ümumilikdə 15-ci matçdır. 1992-ci ildən təşkil olunan yarışda bunadək 14 belə yüksək məhsuldarlıq yaşanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43