Kateqoriyasız

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Eyni gündə keçirilən iki cavab matçından sonra finalçılar müəyyənləşib.

Əvvəlcə ilk matçda qolsuz heç-heçəyə razılaşan “Qarabağ” və “Sumqayıt” birincilərin meydanında güclünü müəyyənləşdirib. Bu qarşılaşmada da 90 dəqiqə ərzində hesab açılmayıb. Əlavə yarım saatda da qol vurulmayınca qalibi penaltilər seriyası müəyyənləşdirib. Burda 5:4 üstün olan “Sumqayıt” ilk finalçı adını qazanıb.

Günün digər matçında isə “Zirə” Keşlə”ni qəbul edib. Səfərdə keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandasının mərhələni adlamaq şansı daha böyük olsa da, qəsəbə klubu bunu qoruya bilməyib. 90 dəqiqə “Keşlə”nin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqlənib. Səfərdə daha çox qol vuran “Keşlə” ikinci finalçı olub.

Azərbaycan Kuboku
Yarımfinal (cavab oyunları)

29 aprel (cümə axşamı)

17:00. “Qarabağ” – “Sumqayıt” – 0:0 (penaltilər – 4:5)
İlk oyun – 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”:  13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 21. Cabir Əmirli, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

20:00. “Zirə” – “Keşlə” – 2:3
Qollar: Şəhriyar Əliyev, 48 (öz qapısına), Klesio Bauk, 112 – Sezar Meza Kolli, 66, 90+1, 92
Qırmızı vərəqə: Lazar Corceviç, 88
İlk oyun – 2:1

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı, 29. Musa Qurbanlı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriqes, 9. Anatole Abanq, 22. Elçin Mustafayev, 71. Emin Quliyev, 79. Bahadur Həziyev, 44. Sərcan Omarov, 65. Mehdi Tahirov
Baş məşqçi: Sənan Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Hacı Əliyevdən qızıl medal!

admin

Ramil Şeydayev: “Əgər kiminsə haqqında heç nə yazılmırsa, deməli, çox pis futbolçudur”

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin