Kateqoriyasız

“Azərbaycan kubokunu qazanmışamsa…” – Yuri Maksimov

Keşlə”nin ukraynalı sabiq baş məşqçisi  Yuri Maksimov paytaxt klubu ilə Azərbaycan kubokunu qazanmasını xatırlayıb.

Hazırda “Vorskla”nı çalışdıran 51 yaşı mütəxəssis Ukrayna kubokundakı şansalarını dəyərləndirərkən karyerasında bu yarışla bağlı xoş xatirələrinin olduğunu bildirib:

“1/4 final mərhələsindəki rəqibimiz “Desna” yaxşı vəziyyətdədir. Ancaq kubok oyunları fərqli olur. Kubok turnirləri ilə bağlı xoş xatirələrim var. “Dinamo” və “Verder”in heyətində futbolçu kimi müvafiq olaraq Ukrayna və Almaniya kubokunu, məşqçi kimi “Keşlə” ilə Azərbaycan kubokunu qazanmışam. Bunları etmişəmsə, niyə zirvənin fəthində “Vorskla” ilə görüşməyək?”

Xatırladaq ki, 2017-18 mövsümündə Yuri Maksimovun çalışdırdığı “Keşlə” Azərbaycan kubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Prezident bu gün yeni müjdə verəcək

admin

“Zirə”də 13 turda 22 futbolçu

admin

“Alper Potukun transferi alına bilər” – Qurban Qurbanov açıqladı

admin