10 Noyabr 2024
Kateqoriyasız

“Azərbaycan millisində oynamaqdan imtina etdim” – “Qarabağ”ın sabiq üzvü

“Qarabağ”ın sabiq hücumçusu Yaroslav Deda çıxış etdiyi “Karpatı”nın rəsmi saytına müsahibə verib

İdmanxeber.az-ın məlumatına görə, 2017-ci ildə Ağdam təmsilçisinin U-19 komandasında çıxış edən 20 yaşlı hücumçu hazırda üzvü olduğu Ukrayna klubunun rəsmi saytına danışarkən maraqlı məqamlara toxunub:

“Azərbaycanın mentaliteti bizimkindən fərqlidir. Ancaq əvvəlcə bu baxımdan heç bir promlem yaşamadım. İki aya uyğunlaşdım və özümü evdək ikimi hiss etdim.

2017-ci ilin noyabrında mənə vətəndaşlığımı dəyişmək təklif edildi. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim. Mən ukraynalıyam, yalnız Ukrayna millisində oynamaq istəyirəm”.

Qeyd edək ki, 2017-ci ilin yayında “Qarabağ”ın U-19 komandasına cəlb olunan Deda Ağdam klubunun heyətində UEFA Gənclər Liqasında 4 oyuna çıxıb, 3 qol vurub. O, iki dəfə “Atletiko”nun, bir dəfə isə “Çelsi”nin qapısına yol tapıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43