07 Dekabr 2024
Kateqoriyasız

Azərbaycan millisinin oyunçuları Belçika klubuna keçib

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvləri Xətai Bağırov ilə İsa Atayev karyerasını ölkə xaricində davam etdirəcək.

İdmanxeber.az-ın məlumata görə, hər iki oyunçu əvvəlcə ölkə çempionu ilə yola davam etmək qərarı versələr də, Belçikadan gələn təklif fikirlərini dəyişib.

Nəticədə onlar Belçika çempionatında çıxış edən “Futsal Beşiktaş Gent”lə anlaşıblar. Müqavilələrin müddəti 1+1 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, “Futsal Beşiktaş Gent” klubunu 2015-ci ildə Belçikada yaşayan türkiyəli iş adamları yaradıb. Komanda Belçikanın Birinci Liqasında mübarizə aparır.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev və Maneka komandadan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43