Türkiyə 1-ci Liqasında 24-cü turun oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq üzvü İlter Taşkın çıxış etdiyi “Eyüpspor” öz meydanında “Sakaryaspor”la qarşılaşıb. 5 qolun qeydə alındığı matçda Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor” qələbəyə sevinib – 3:2.
Millimizin 29 yaşlı sabiq futbolçusu bu oyunda 63-cü dəqiqədə meydana daxil olub. O, hesab 1:1 olarkən komandasının 2-ci qolunu vurub.
Bu qələbədən sonra “Eyüpspor” xal ehtiyatını 58-ə çatdırıb və liderliyini davam etdirir.