“Sabah”ın futbolçusu Şakir Seyidov karyerasını Latviyada davam etdirəcək.
Azərbaycan U-21 millisinin də üzvü olan futbolçu Latviyanın “Dauqavpils” klubu ilə anlaşıb.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdmanxeber.az-a bildirb ki, Seyidov müqavilə bağlamaq üçün artıq Latviyadadı.
O, mövsümün sonuna kimi “Dauqavpils”də çıxış edəcək.
Azərbaycan U-21 millisinin üzvü Asim Əlizadə də “Dauqavpils”in formasını geyinir.