Kateqoriyasız

Azərbaycan – Qətər matçının hakimləri açıqlandı

Azərbaycanla Qətər milli komandaları arasında keçiriləcək futbol üzrə yoldaşlıq oyununun hakimləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, oyun Litvadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Donatas Rumşas olacaq. Ona laynsmanlar qismində Aleksandr Radius və Dovidas Sujiedelis kömək edəcək.

Ehtiyat hakim funksiyasını isə azərbaycanlı FİFA referisi Elçin Məsiyev yerinə yetirəcək.

Noyabrın 14-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər matçı saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

BATE – “Qarabağ” matçına böyük maraq

admin

“Mançester Siti” – “Real” oyununda 7 qol – VİDEO

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin