06 Oktyabr 2022
Kateqoriyasız

“Azərbaycan yığmasında yaxşı futbolçular var” – Slovakiyanın baş məşqçisi

“Rəqibin heyətində yaxşı futbolçular var”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis Azərbaycan yığmasının yaxşı komanda olduğunu bildirib: “Bizi ağır oyun gözləyir. Bu qarşılaşmada mütləq qalib gəlməliyik”.

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Qurban Qurbanov: “Beqoviçi saxlamağa gücümüz çatmaz”

admin

Qurban Qurbanov qələbəni şərh etdi

admin

“Turan Tovuz” – “Qəbələ” START HEYƏTLƏR

admin