Xorvatiyanın ulduz futbolçusu Luka Modriç ölkə mətbuatına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, AVRO – 2020-nin seçmə mərhəsəlisində iki oyuna 3 xal toplayan xorvatların təcrübəli futbolçusu zəif oynadıqlarını etiraf edib:
“Macarıstan və Azərbaycana qarşı səviyyəmizdən aşağı çıxış etdik. Belə çıxışla da məğlubiyyət qaçılmaz olur. Rusiyadakı dünya çempionatını unutmaq, qarşımızdakı turnirə köklənməliyik. Əlbəttə ki, düşdüyümüz bu durumu öz aramızda müzakirə edəcəyik”.
Qeyd edək ki, E qrupunda hələlik yalnız millimizin aktivində xal yoxdu. Slovakiya, Macarıstan və Xorvatiya iki oyunda, Uels isə bir matçda 3 xal toplayıb.