Kateqoriyasız

“Azərbaycanı ciddiyə almamaq olmaz” – serbiyalı məşqçi

Serbiya yığmasının sabiq baş məşqçisi Mlatden Krstayiç millinin denya çempionatının seçmə mərhələsindəki oyunları ilə bağlı fikirlərini bildirib.

Hazırda “Baçka Topola” klubunu çalışdıran mütəxəssis deyib:

“Asan olmayacaq. Gəlin, özümüzü aldatmayaq. Baş məşqçi Draqan Stoykoviçin nə edəcəyini indidən deyə bilmərəm. Mundiala vəsiqə qazanmaq üçün keyfiyyətimizin olub-olmadığını zaman göstərəcək. Asan qrup deyil. Portuqaliya və İrlandiya var. Azərbaycanı isə ciddiyə almamaq olmaz. Çətin qrupdu, amma növbəti mərhələyə yüksəlməsək belə, gələcəyimiz üçün zəmin yaratmalıyıq. Realist olmalısan, bütün komandalara ciddi yanaşılmalıdı”.

Azərbaycan millisi Serbiya ilə A qrupundakı ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Etopaz-da 21 canlı oyun

admin

KFF “Qarabağ”la oyun öncəsi “Sevilya”nı məyus etdi

admin

“Azərbaycanla oyunda yığmaya çox kömək edə bilməyəcəm, amma…”

admin