14 Dekabr 2024
İdman

Azərbaycanın 5 güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

İdmanxeber.az xəbər verir ki, yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Hüseyn Savadov (45 kq) ilk mərhələdə türkiyəli Ömər Altaşla qarşılaşacaq.

Vədat Qasımlı (51 kq) Rafail Papageorgiu (Yunanıstan) – Armen Gevorqyan (Ermənistan) görüşünün qalibiylə üz-üzə gələcək.

Məhəmməd Qasımzadənin (60 kq) təsnifat mərhələsində rəqibi misirli Omar Murad olacaq.

Davud Məmmədov (71 kq) 1/8 finalda Amirşah Vahobov (Özbəkistan) – Maksim Radik (Ukrayna) qarşılaşmasının qalibiylə güləşəcək.

Mikayıl İsmayılov (92 kq) 1/8 finalda gürcüstanlı Gor Ayvazyanla qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43