Dünya futbolu

“Azərbaycanın futbolu mənə maraqlıdı” – Belarus millisinin baş məşqçisi

Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Millətlər Liqasında Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Hazırlıq necə gedir? Futbolçuların durumu necədir?
– Təbii ki, startda qələbə qazanmaq istəyirdik. Onda əhval-ruhiyyə daha yaxşı olardı. Amma narahat olmağa vaxtımız yoxdur. Çalışdıq ki, Slovakiya oyununu yaxşı təhlil edək və düzgün nəticə çıxaraq. Rahat şəkildə növbəti oyuna hazırlaşırıq. Hələ hər şey qabaqdadı, hər şeyi dəyişmək olar.

– Heyətdə hansı dəyişikliklər gözlənilir? Hücumameyilli sxemlə oyun üslubunu seçəcəksiniz?
– Bəs Fransa, İngiltərə, Belçika necə oynayır? İndi komandaların böyük əksəriyyəti üç mərkəz müdafiəçisi ilə meydana çıxarır.Belçikalılar həmişə bu cür oynayır. Belə çıxır ki, onlar, ingilislər, fransızlar müdafiə futbolu oynayırlar? Hücum qrupu da var, müdafiə qrupu da. Onlar arasında yaxşı əlaqə olduqdan sonra hər şey düzələcək. Meydana bir müdafiəçi ilə də çıxa bilərsiniz, lakin bunun faydalı olacağı ehtimalı azdır.

– Azərbaycan futbolu ilə hələ futbolçu vaxtından tanışsınız…
– Azərbaycan futboluna böyük hörmətlə yanaşıram. Bu ölkədə vaxtilə Banişevski, Markarov, həmyaşıdım, Olimpiya çempionu olmuş İqor Ponomarev kimi əla futbolçular yetişib. “Dinamo”nun “Neftçi”yə qarşı oyunları isə hər zaman maraqlı olub. Azərbaycanda futbol inkişaf edir, bu idman növü üçün çox işlər görülür, yaxşı stadionlar inşa edilib. Onların futbolunu izləyirəm. Çünki mənə maraqlıdı.

– Karyeranız boyu orada oynamaq və ya məşqçilik etmək üçün dəvət almısınız?
– Xeyr, heç vaxt olmayıb.

– Novi Saddakı şəraitdən razısınız?
– Bəli, hər şey əladır. Serb dostlarımız bizim üçün hər şeyi ən yüksək səviyyədə edir. Onlara səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Barselona” PSJ-ni bu qollarla məğlub etdi – VİDEO

admin

Fransa klubunda yeni baş məşqçi

admin

“Tottenhem” səfərdə “Barsa”dan istədiyini aldı – VİDEO

admin