Latviya I Liqasında mövsümə yekun vurulub.
Azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” mövsümün son turunda “Tukums 2000” klubu ilə üz-üzə gəlib. Qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılan “Dauqavplis” xallarını 67-yə çatdıraraq çempion olub.
Millimizin sabiq üzvü bu oyunda fərqlənməsə də, cari mövsümdə vurduğu 31 qolla Liqa 1-də bombardir olub.