06 Dekabr 2022
Kateqoriyasız

Azərbaycanlı futbolçu “Olimpiakos”da – rəsmi

“Səbail” müdafiəçisi Turan Manafovu Yunanıstanın “Olimpiakos Volos” klubuna icarəyə verib.

İdmanxeber.az xəbər verir ki, bu barədə “dənizçilər”in rəsmi saytı məlumat yayıb.

Müdafiəçi 2021/22 mövsümünün sonunadək bu komandada icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Manafov 2019-cu ldən “Səbail”in heyətində çıxış edir. O, bu gün klubla yeni müqavilə imzalamışdı. Yeni sözləşməyə əsasən 24 yaşlı cinah müdafiəçisi 2023-cü ilin yayına qədər “Səbail”ə məxsusdur.

“Olimpiakos Volos” Yunanıstanın 2-ci Liqasında mübarizə aparır. Bu komanda 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Lex” – “Qarabağ” matçı bu kanalda

admin

“Klubumuzdan ayrılan legionerlər qarabağlı olduqlarını göstərirlər” – Tahir Gözəl

admin

“Qarabağ” – “Sevilya” oyununu izləmək istəyənlərin nəzərinə

admin