Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
İdmanxeber.az-ın məlumatına görə, o, UEFA Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rapid” – “Lexiya” görüşünü idarə edəcək.
Məsiyevin köməkçiləri Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.