24 Yanvar 2022
Kateqoriyasız

Azərbaycanlı hücumçu Moldova klubunda

“Bakı”nın sabiq üzvü Nurlan Novruzovun yeni klubu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı forvard karyerasını Moldovanın yüksək liqa təmsilçisi “Dinamo-Avto”da davam etdirəcək. O, bu gün yeni klubu ilə müqavilə imzalayıb. Lakin müqavilənin detalları bəlli deyil.

Qeyd edək ki, Novruzov son olaraq Türkiyənin “Dersim 62 Spor” klubunda çıxış edib. O, müxtəlif illərdə  “Bakı”, “Sumqayıt”, “Zirə”, və “Səbail” klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

UEFA hansı qərarları verəcək? – Bu gün vacib iclas var

admin

“Keşlə” onun ayrılığını rəsmən açıqladı

admin

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 800-cü qolunu vurdu

admin