Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Turan Tovuz” – “Sabah” oyunu zamanı birincilərin futbolçusu Denis Marandiçi ağır zədə alıb.
İdmanxeber.az-ın məlumatına görə, ayağı sınan futbolçu dərhal Mərkəzi Klinika Gəncə Xəstəxanasına çatdırılıb.
Hadisədən agah olan “Kəpəz” klubunun baş məşqçisi Azər Bağırov dərhal xəstəxanaya üz tutub. Albaniyalı futbolçuya təsəlli verən çalışdırıcı öz dəstəyini nümayiş etdirib.