“Mövsümün ilk oyununda “Neftçi” kimi komandayla qarşılaşdıq. “Kəpəz” tarix olaraq “Neftçi”dən geri qalmır. Bu derbinin böyük tarixi var. Qələbə qazandığımız üçün çox sevincliyik. Daha çox işləməliyik. Rəhbərlik də əlindən gələni edir. Bir neçə transfer daha edəcəyik. Ondan sonra bir az da yaxşı komanda olacağıq”
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Neftçi” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Kəpəz”in baş məşqçisi olmaq asan iş deyil. Bu gün qələbə olsa da, böyük iş görməmişik. Hələ qarşıda uzun bir mövsüm var. Daha çox artırmalıyıq. Qətiyyən dayanmamalıyıq. Zaman hansı səviyyədə olacağımızı göstərəcək. Çox futbolçularla danışıq aparırıq.
Avropada mübarizə aparan futbolçular böyük şəhər olmağımıza baxmayaraq, bizi region kimi görürlər. Bakıda oynamaq istəyirlər. Bizim maliyyə gücümüz də azdır. Razılaşdığımız futbolçuların bəzilərinin ailələri izin vermədi Gəncəyə gəlməyə. Ancaq tezliklə 3 transfer düşünürük. Ola bilər ki, hamısı legioner oldu.
Bəztiyar Həsənalızadə ilə çoxdan tanışlığımız var. O, bir az da mənə görə “Kəpəz”ə gəlmişdi. Ancaq sonradan bizdən ikiqat artıq maaş təklifi aldı. Əvvəlcədən də müqavilədə bənd vardı. Sonra da həmin bənddən yararlanıb bizdən ayrıldı.
Bu gün mübarizə aparan bütün oyunçulara, azarkeşlərə təşəkkür edirəm. “Kəpəz”ə qarşı hər zaman ciddi yanaşılıb, bundan sonra da belə olacaq”.