“Neftçi”nin futbolçusu Azər Salahlı bir neçə klubun diqqət mərkəzinə düşüb.
İdmanxeber.az-a verilən məlumata görə, 3 Premyer Liqa təmsilçisimiz millimizin sabiq üzvü ilə maraqlanır. Hətta tərəflər arasında danışıqlar da olub.
Salahlı əvvəlcə komandadan ayrılmaq istəsə də, daha sonra fikrini dəyişib.
Belə ki, son dönəmlərdə “ağ-qaralar”da stabil oynamağa başlayan futbolçu hazırda “Neftçi”dən ayrılmağa müsbət yanaşmır.