29 Noyabr 2024
Dünyadan

“Azəralüminium” xəbərimizə mövqeyini açıqladı

Bu günlərdə “idmanxeber.az” xəbər portalında “Bölgə təmsilçisi üçün yeni sponsor – ANLAŞMANIN DETALLARI” başlıqlı xəbər işıq üzü görmüşdür.

Xəbərin məzmununda qeyd olunur ki, – “Gəncə” voleybol komandasının yeni sponsoru köhnə adı “Azəralüminium” MMC olan, hazırda “Detal LTD” kimi fəaliyyət göstərən şirkət olacaq.”

Qeyd olunan yanlış məzmunlu məlumatla bağlı bildiririk ki, “Gəncə” voleybol komandasına dəstək bilavasitə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan payları dövlətə məxsus “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilməkdədir. Xəbərdə adı çəkilən “DET AL” MMC şirkəti özəl müəssisəsi olaraq “Azəralüminium” MMC ilə hər hansı hüquqi bağlılığı yoxdur.

Qeyd olunanlarla bağlı bildiririk ki, mülkiyyət hüququ dövlətə məxsus müəssisə olaraq “Azəralüminium” MMC ölkəmizin ixracyönümlü iqtisadiyyatının inkişafına töhfəsini verməklə yerli və beynəlxalq səviyyədə öz işgüzar nüfuzunu daim qoruyan və fəaliyyətini qeyd olunan istiqamətdə təşkil edən qabaqcıl istehsal müəssisələrindən biri kimi tanınmaqdadır.

“Azəralüminium” MMC işıq üzü görmüş xəbərə etiraz etməklə redaksiyanı bu cür çaşğınlıq yarada bilən məlumatların paylaşılmamasına çağırır və media təmsilçilərini müəssisə ilə bağlı xəbərlər paylaşarkən bu kimi anlaşılmazlıqlara yol verilməməsi məqsədilə əvvəlcədən aşağıdakı əlaqə vasitələri ilə “Azəralüminium” MMC-nin baş ofisi ilə əlaqə saxlamağa dəvət edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43