08 Sentyabr 2024
İdman

Azərbaycan badmintonçusu “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başladı

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

İdmanxeber.az xəbər verir ki, N qrupunda yer alan idmançı ilk görüşündə çinli He Bin Çzyao ilə qarşılaşıb.

Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dünya reytinqinin ilk “onluğ”unda qərarlaşan Çin idmançısı ilk setdə 21:8, ikinci setdə isə 21:7 hesablı üstünlük qazanıb.

Keişa Fatimə Zəhra qrupda növbəti oyununu iyulun 29-da Böyük Britaniya badmintonçusu Kristi Gilmora qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43