01 Noyabr 2024
İdman

Azərbaycan avarçəkəni olimpiadanı 17-ci sırada başa vurdu

Azərbaycan avarçəkəni Diana Dımçenko “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, o, 13-18-ci yerlər uğrunda mübarizə aparıb.

C finalında çıxış edən idmançı 2000 metr məsafəni 9 dəqiqə 10 saniyəyə qət etməklə yekun sıralamada 17-ci olub.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43