22 Oktyabr 2024
Kateqoriyasız

Azərbaycan Avropa çempionatında 39 şahmatçı ilə təmsil olunacaq

Noyabrın 6-da Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa Çempionatına start veriləcək.

İdmanxeber.az xəbər verir ki, qitə çempionatında 8,10,12,14,16 və 18 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında Avropanın ən güclü şahmatçıları müəyyənləşəcək.

Azərbaycanı yarışda 39 şahmatçı təmsil edəcək.

Avropa çempionatına noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43