“Sabah” basketbol klubu Avropa Kubokunun müntəzəm mövsümünün son oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, “futuristlər” Bakıda “Nimburk”a məğlub olub – 89:97. Matçdan sonra “Sabah”ın baş məşqçisi Nikola Bozinovski fikirlərini bildirib:
“FIBA Avropa Kubokunda çıxışımızı başa vurduq. İlk dəfə bu turnirdə mübarizə apardığımızı nəzər alsaq, düşünürəm ki, Azərbaycan basketbolunu yüksək səviyyədə təmsil etdik. Növbəti mövsümdə avrokuboklarda iştirak hüququ əldə etsək, daha uğurlu çıxış edə bilərik. Ehtiyat skamyamızda əsas oyunçularımızı əvəzləyə biləcək yüksək səviyyəli daha bir yerli basketbolçuya ehtiyacımız var ki, oyun ərzində rotasiya imkanlarımız genişlənsin”.
“Sabah” müntəzəm mövsümdə qrup mərhələsini 7 xalla 3-cü sırada bitirib və mübarizəni dayandırıb.